11 ildir canavarlarla yaşayan ailə görənləri heyrətləndirir

  • 25.01.2020
  • 0

Səudiyyə Ərəbistanının şimalında yerləşən Əl-Cəvfdəki Rami Əl-Sərxani ailəsi 11 ildir ki, canavarlarla birgə yaşayır. 


APA TV “Reuters”agentliyinə istinadən bildirir ki, uşaqlar digər heyvanlarla olduğu kimi canavarlarla da oynayırlar. Ev sahibinin uşaqları yırtıcılardan qətiyyən qorxmur.


Rami əl-Sərxani deyir ki, onlar bir-birini mükəmməl başa düşürlər. Çünki bu münasibətlər birbaşa əlaqəlidir. Evə gələn qonaqlar bəzən belə bir mənzərəni müşahidə edəndə heyrətlənirlər: “Bir qurdu ovlamaq olduqca çətindir, ancaq qeyri-adi ev heyvanlarının davranışına nəzarət etmək üçün mənim öz fəndlərim var” deyə Rami əl-Sərxani bildirib. 


Canavarlar adətən ac olanda qəzəblənirlər. Ona görə də onları düzgün qidalandırmaq lazımdır. Yanvar-mart aylarında canavarlar daha da qəzəbli olurlar. Lakin Rami əl-Sərxani özünü canavarların dostu hesab edir və onlarla necə davranacağını bilir. Heyvanlar həddindən artıq dərəcədə və ya pis bir ruh halında olanda, sahibi onları rahat buraxır. 


Əl-Sərxani deyir ki, dörd ayaqlıya hörmət, güclü əlaqələrin açarıdır. 

Nə düşünürsən?