Qadınların mioma problemi niyə yaranır?

  • 25.01.2020
  • 0

Uşaqlıq mioması - xoşxassəli şiş olub, uşaqlığın əzələ təbəqəsi olan miometriyadan yaranır. Mioma müxtəlif ölçülü düyünlər şəkilində uşaqlıqda inkişaf edir. Düyünlərin kütləsi bəzən bir neçə kiloqrama çata bilir. Tibbi ədəbiyyatlarda ən böyük mioma düyününün 63 kq olduğu qeyd edilir.

Yaranma səbəbi tam aydınlaşdırılmayıb. Amma hormonal pozuntu səbəbindən yarandığı qeyd olunur. Mioma qadınlarda menopauza dövründə geri inkişaf etməyə başlayır, ölçüləri kiçilməyə yəni sorulmağa başlayır.

Miomanın əsas əlamətləri:

- Mens qanaxmasının normadan artıq olması, uzun müddət davam etməsi;

- çox vaxt uzunmüddətli aybaşı qanaxmaları anemiyanın inkişafına gətirib çıxarır.

- qarının aşağı hissəsində ağrılar;

-qarında ağırlıq hissiyyatı;

- böyük ölçülü mioma düyünləri qonşu orqanlar olan sidik kisəsinin və düz bağırsağı sıxaraq onların funksiyasının pozulmasına səbəb ola bilər.

-uşaqlıq mioması bəzən, sonsuzluğun səbəblərindən yaranır.

Diaqnoz ginekoloji və ultrasəs müayinəsinə əsasən qoyulur.

Müalicəsi:

Bütün miomaların 10-20 %-i müalicə olunmalıdır. Digər hallarda gözləmə taktikası seçilir. Yəni mioma qadında heç ir narahatçılıq törətmirsə, onu müalicə etmək lazım deyil. Amma müntəzəm ginekoloq və ultrasəs müayinəsində nazarətdə saxlamaq məsləhətdir. USM (UZİ) zamanı mioma düyünləri sürətlə böyüyürsə, müalicə etmək məsləhətdir.

Müalicə konservativ və cərrahi ola bilər. Müalicə növünün seçilməsi müxtəlif faktorlardan asılıdır və ginekoloq müəyyənləşdirir.

Təbii tərəfdən miomalara təsir etmək üçün 1 ay ərzində 1ç.q qaraçörəkotu üyüdülmüşü, hər gün 1armudu stəkan kartov şirəsi (nişastası dibinə çökmüş halda), çobanyastığı dəmləməsi yaxşı effekt verir. Həmçinin gün ərzində çəkiyə uyğun su qəbul edilməlidir. Bunlarla bərabər qadın problemlərinə təsir edən xəstəlikləri zob, qadın problemlərini də eyni zamanda müalicə edilməsi məsləhətdir.

Nə düşünürsən?