Bakıda sürücü əks yola çıxan avtobusa etiraz etdi

  • 25.01.2020
  • 0

Yanvarın 21-də Xətai rayonu Ramiz Quliyev küçəsində avtobus sürücüsü kobud qayda pozuntusuna yol verib. 

YPX.AZ xəbər verir ki, 51 nömrəli müntəzəm marşürüt xəttinin 90 VP 441 dövlət qeydiyyat nişanlı avtobusunu idarə edən sürücü sıxlığın olduğundan istifadə edərək qoşa xəttin tələbini pozub və əks yola çıxıb.

Bu zaman əks yolda hərəkətdə olan digər hərəkət iştirakçısı avtobusun qarşısına çıxaraq ona etirazını bildirmişdir. Həmin görüntüləri sizlərə təqdim edirik.

Nə düşünürsən?