Magistral yolda dəhşətli qəza: 2 ölü, 3 yaralı

  • 25.01.2020
  • 0

Türkiyənin Gaziantep bölgəsində Tarsus-Adana-Gaziantep (TAG) magistral yolunda yük maşını ilə minik maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

YPX.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gaziantep istiqamətinin 7-ci kilometrliyindəki Çakmak adlanan ərazidə, Muhammed El Cüneydin idarə etdiyi 79 AAD 579 dövlət qeydiyyat nişanlı avtomobil ilə A.D (şərti olaraq) idarə etdiyi 33 BYL 86 dövlət qeydiyyat nişanlı yük maşını toqquşub.

Hadisədə Suriya əsilli olduğu öyrənilən avtomobil sürücüsü El Cüneyd və 4 yaşındakı Hüsam El Cüneyd hadisə yerində ölüb.

Qəzada yüngül yaralanan 3 yaşlı Hazin, 11 yaşlı Ali El Cüneyd və Aliye Haffar Nurdağı Dövlət Xəstəxanasına yerləşdirilib. Qəzadan sonra TIR sürücüsü saxlanılaraq barəsində cinayət işi açılıb. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?