Türkiyədə dəhşətli zəlzələnin başlama anının görüntüsü

25.01.2020 | 486 | 0

Elazığda saat 20.55-də 6.8 bal gücündə zəlzələ meydana gəlib. Təbii fəlakət nəticəsində Elazığda 16, Malatyada 4 nəfərin öldüyü və 1015 adamın yaralandığı bildirilir.


Oxu24.com  xəbər verir ki, Təcili Yardım Təşkilatının (AFAD) Tvitter hesabından verilən məlumata görə, Sivrice rayonunda saat 20.55-də 6.8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yerin 6.75 kilometr dərinliyində baş verib.




Elazığda Sivrice mərkəzində baş vermiş zəlzələ Gaziantep, Şanlıurfa, Malatya, Tunceli, Samsun, Tokat, Çorum, Sivas, Niğde, Kayseri Kırşehir, Trabzon, Ordu və Giresun da hiss edilib.




Elazığın mərkəzində 4 binanın çökdüyü və dağıntılar içində AFAD qruplarının axtarış-xilasetmə işlərinin davam etdirdiyi bildirilib. Açıqlamada  evləri dağılanların yataqxanalara və idman zallarına yerləşdilildiyi qeyd olunub.

Nə düşünürsən?

<