Zəlzələdən 5 saat sonra 12 yaşlı uşaq xilas edildi

  • 25.01.2020
  • 0

Türkiyənin Elazığ şəhərində baş verən güclü zəlzələ nəticəsində çökən dördmərtəbəli binanın altından 12 yaşlı uşaq xilas edilib.


Oxu24.com -un məlumatına görə, azyaşlı yeraltı təkanlar zamanı qapı üzərinə düşdüyündən dağıntılar altında qalıb. Axtarış-xilasetmə tədbirləri çərçivəsində zəlzələdən 5 saat sonra sağ çıxarılıb. Təcili tibbi yardım avtomobili ilə Fırat Universiteti xəstəxanasına aparılıb.


Zəlzələdən 11 saat sonra Gülsüm İnce adlı hamilə qadın da dağıntılar altından xilas edilib. 


Xatırladaq ki, Elazığda baş vermiş 6.8 ballıq zəlzələ nəticəsində 20 nəfər vəfat edib, 1015 nəfər xəsarət alıb.


Məlumata görə, dağıntılar altında hələ 38 nəfər qalıb.

Nə düşünürsən?