Türkiyədəki zəlzələ canlı yayımda: “Bəlkə masanın altına girək?”

  • 25.01.2020
  • 0

Türkiyənin Elazığ şəhərində baş verən zəlzələdə dağıntı və insan tələfatı var.  


Oxu24.com xəbər verir ki, gücü 6.8 bal olan yeraltı təkanlar yaxın bölgələrdə də hiss edilib. 


Urfa şəhərinin yerli televiziyası - “Edessa TV”də canlı yayım zamanı zəlzələnin necə güclü olduğu və studiyanın tərpənməsi qeydə alınıb. 


Verilişin qonaqlarından biri əvvəlcə zəlzələ olduğunu bildirir, daha sonra isə aparıcıya masanın altına keçməyi təklif edir.