Qırmızı işıqda keçən maşının polis maşını ilə toqquşduğu görüntülər

  • 24.01.2020
  • 51 baxış
  • 0

Dünən paytaxda yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Nizami küçəsi ilə Keykab xanım Səfərəliyeva küçəsinin kəsişməsində svetoforun qırmızı işığından keçən “Hyundai” markalı avtomobil digər yolda hərəkətdə olan mühafizə polisinə məxsus xidməti avtomobil ilə toqquşub. Toqquşmadan sonra idarəetməni itirən “Hyundai” markalı avtomobil svetofor dirəyinə çırpılaraq onu aşırdıb. Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?