Binəqədi rayonunda ağaclar kəsilib?

  • 24.01.2020
  • 33 baxış
  • 0

Binəqədi rayonunda 10-a yaxın ağacın kəsilməsi ilə bağlı məlumat yayılıb. Sakinlər iddia edirlər ki, kəsilən ağacların yerində bina inşa ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bildirir ki, həmin ərazi şəxsi mülkiyyətdir. Nazirlik ağacların ərazidən köçürülməsinə rəy verib. Yəni ağaclar kəsilməyib, sadəcə olaraq başqa əraziyə köçürülüb.

Sakinlər iddia edirlər ki, Binəqədi rayonu 193 saylı bağçanın yaxınlığında bir neçə ağac kəsilib.

Hadisə dünən baş verib. Səhər saatlarında Nizami Nərimanov küçəsi87 ünvanı yaxınlığında yaşıllıq zonasına texnikalar gətirilib. Sakinlər deyir ki, 10-a yaxın ağac necə gəldi kəsilib, çıxarılaraqmaşınlara yüklənib.

Sakinlərə bildirilib ki, ərazidə qeyri-yaşayış binası tikiləcək. Bu məqsədlə ağaclar çıxarılıb. Sakinlər onu da bildirdi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2019-cu ildə rəsmi bildirib ki, komitə həmin ərazidə tikintinin aparılması üçün rəy verməyib.

Məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də münasibət bildirib. Qurumun rəsmisi İradə İbrahimova deyib ki, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Ərazidə ağac kəsintisi faktı olmayıb.

Ağaclar qaydalara uyğun həmin ərazidə basdırılıb və hazırda qulluğu aparılır.

Nə düşünürsən?