Günah kimdədir? Motosiklet yoxsa YPX-də?

  • 24.01.2020
  • 0

Dünən paytaxtda motosiklet sürücüsü qəzadan son anda qurtulub.

Sosial şəbəkələrdə yayılan bu hadisənin görüntüsünü şərh edən hər kəs, YPX əməkdaşını günahlandırıb, qınayıb. Təəssüflər olsun ki, qarşı tərəf günahkar olsa belə bəzi vətəndaşlarımız hüquq mühafizə orqanları əməkdaşlarına qarşı qərəzli yanaşırlar. Həmin görüntüləri diqqətli və qərəzsiz şəkildə izlədikdə isə məsələnin heç də deyildiyi kimi olmadığını görmək mümkündür.

Belə ki, motosiklet idarə edən sürücü Bülbül prospekti ilə hərəkətdə olan zaman Zərifə Əliyeva küçəsi ilə kəsişmədə svetoforun qırmızı işığında dayanaraq gözləyir. Svetoforun yaşıl işığı yandıqdan sonra yolun orta zolağı ilə hərəkətə başlayır. Motosiklet sürücüsü kəsişməni keçdikdən sonra qarşıda olan sıxlıq səbəbindən anidən sağdan birinci zolağa manevr edərək hərəkət trayektoriyasını dəyişmək, dayanmış avtomobillə hərəkətdə olan avtomobillər arasından sıyrılaraq bu sıxlıqdan çıxmaq istəyir.

Gəlin məsələyə real yanaşaq, paytaxt küçələrində motosiklet idarə edən sürücülərin bir çoxu avtomobil sıxlığının çox olduğu yollarda bu kimi manevrlər edir, zolaq üzrə hərəkət etməyərək avtomobillər arasında olan dar məsafələrdən keçərək zaman qazanmağa çalışırlar. 

YPX-yə məxsus olan xidməti avtomobil ilə toqquşmadan son anda qurtulan motosiklet sürücüsü də belə bir halın qurbanı olacaqdı. Manevr edərək yolun hərəkət zolağını dəyişməsi, ara məsafəsinin az olması və eyni zamanda nəqliyyat vasitəsinin motosiklet olması həmin məsafədə yan güzgüdən görmə bucağını ehtimalını görülməyəcək qədər azaldır. Xoşbəxtlikdən qəza olmasa da, unutmayaq ki belə hallarda təmkinli olmaq və zolağı dəyişmədən öncə xarici işıq siqnallarından istifadə edərək xəbərdarlıq etmək lazımdır.

Nə düşünürsən?