Ermənistanda biabırçılıq - 13 yaşlı qız atasından hamilə qaldı, uşaq doğdu

  • 24.01.2020
  • 0

Ermənistanda baş verən biabırçılıq bir çox KİV tərəfindən işıqlandırılıb.


Sonxeber.az erməni KİV-inə istinadən bildirir ki, doğuşdan əvvəl 13 yaşlı qız polisə ifadəsində iki sinif yoldaşı tərəfindən zorlandığını bildirmişdi. Sonradan isə qızın doğma atası tərəfindən zorlanaraq hamilə qaldığı üzə çıxıb.


2019-cu ilin 13 may tarixində Armavir tibb mərkəzindən polis idarəsinə 22-23 həftəlik hamilə olan 13 yaşlı qızın şikayəti daxil olub. Video çarx qısa müddət ərzində hər yerə yayılıb. 13 yaşlı qız isə 2 sinif yoldaşının onu zorladığını bildirib.


12 avqust tarixində isə 13 yaşlı qız qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Körpə uşaq evinə verilib. Genetik analiz isə iki sinif yoldaşından heç birinin uşağın atası olmadığını üzə çıxarıb.


22 yanvar tarixində isə İstintaq Komitəsi şok məlumat yayıb. Məlum olub ki, körpənin atası qızın elə öz doğma atasıdır.


"Bir neçə ay gərgin iş öz nəticəsini verdi. Körpənin atasının qızın öz doğma atası barədə məlumata əvvəlcə inanmadıq və ikinci ekspertiza təyin etdik. Məlum oldu ki, həqiqətən qız öz atası ilə cinsi əlaqədə olduğu üçün hamilə qalıb", - deyə məlumatda bildirilir.

Nə düşünürsən?