Polis smartfonları necə "sındırır"?

  • 23.01.2020
  • 0

Şotlandiya polisi "kiber köşk" adlandırıla bikəcək qurğunun işini əks etdirən video yayımlayıb. Bu, istənilən kilidli smartfondan məlumat əldə etməyi təmin edən xüsusi bir cihazdır.


Polis, xüsusi kabeldən istifadə edərək Smartfonu firmware proqramına qoşur.


Bu zaman kompüterin ekranında xüsusi panel görsənir və oradan smartfonun yaddaşından çıxarılacaq məlumat növünü seçmək təklif olunur.


Polis cihazdakı bütün məlumatlara deyil, yalnız bir sıra müvafiq sənədlərə giriş əldə etdiklərinin mümkün olduğunu vurğulayır. Məlumatların çıxarılması isə yalnız qanunla müəyyən edilmiş qaydada - istintaq zamanı sübutların toplanması məqsədilə məhkəmə qərarı əsasında mümkündür.

Nə düşünürsən?