Dəhşətli virusa yoluxmuş sərnişini aeroportdan belə çıxardılar

  • 23.01.2020
  • 0

Sosial şəbəkələrdə ölümcül Çin koronavirusuna yoluxanlar üçün mobil təcridxananın görüntüləri yayılıb.

Lenta.ru-nun məlumatına görə, Şanxay hava limanından olduğu bildirilən kadrları "Çin təhlükəsi” "Telegram” kanalı yayımlayıb.

Videoda hava limanının qara paltarlı bir neçə işçisinin binadan pəncərələri və qapısı olan kiçik sarı kabinənin necə itələdikləri qeydə alınıb. Mobil təcridxananın içində bir nəfərin olduğu görünür.

 

Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrdə Çində yayılan ölümcül naməlum virusla əlaqədar sərnişin təyyarəsində aparılan yoxlamalar barədə kadrlar yayılmışdı.

Çinin Hubei əyalətində naməlum mənşəli sətəlcəm epidemiyası sürətlə yayılıb. Xəstəliyə yoluxanlar arasında ölüm halları da qeydə alınıb. Son məlumatlara görə, naməlum mənşəli virusa yoluxma halı artıq qonşu ölkələrdə də müşahidə olunur.

Hazırda 617 nəfərin bu virusa yoluxduğu bildirilir. (oxu.az)

Nə düşünürsən?