Tələsən sürücü prospektə təhlükə saçdı

  • 23.01.2020
  • 0

Dekabrın 21-də Heydər Əliyev prospekti ilə üzü hava limanı istiqamətində hərəkətdə olan 99 RK 527 dövlət qeydiyyat nişanlı “volkswagen” markalı avtomobil kobud qayda pozuntusu edib. Belə ki, o ara məsafəsini saxlamadan digər hərəkət iştirakçısına təhlükə yaratmış və manevr qaydasını pozaraq sağdan ötmə əməliyyatı etmişdir. Bu zaman xarici işıq siqnalından istifadə etmir. Bununla da o, digər hərəkət iştirakçılarına da təhlükə yaratmış olur. Ötmə əməliyyatını edəndən sonra yenidən sağdan ötmə əməliyyatı etmək istəsə də buna nail ola bilmir və növbəti dəfə ara məsafəsini saxlamadan digər hərəkət iştirakçılarına təhlükə yaradır. Oxucumuzun “Qaynar xətt”imizə göndərdiyi görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?