Millimiz "Alanyaspor"u məğlub etdi

  • 23.01.2020
  • 0

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, rəqib “Alanyaspor”un müvafiq yaş qrupundan ibarət komandası olub.

Qarşılaşma Samir Əliyevin baş məşqçi olduğu kollektivin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Mustafa Yıldırımın dubl etdiyi oyunda yığmanın digər qollarını Elçin Qasımov və Balamirzə Sultanov vurub.

Qeyd edək ki, U-19 növbəti yoxlama oyununu yanvarın 25-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

Nə düşünürsən?