Məşhur vəkil: "Zirəddin Nərmin cinayəti ilə özünü reklam edir"

  • 22.01.2020
  • 0

Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayev “İri Plan” “Youtube” kanalına müsahibəsində Tovuz polisi yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün ondan kömək istədiklərini iddia edib.


KONKRET.az-ın məlumatına görə, bununla bağlı  danışan vəkil Mehman Muradlı deyib ki, Zirəddin Rzayev deyəsən bu dediklərini həqiqətən yuxusunda görüb:


“Sadəcə o ürəyindən keçənləri olmuş kimi qələmə verir. Görünür o, Nərmin cinayətindən özünü reklam kimi istifadə edir. Zirəddin açıq şəkildə Daxili İşlər Nazirliyinə şər atır. Bu məsuliyyətsiz bir çıxış idi. O, açıqlamasında Tovuz Rayon Polis Şöbəsindən kimin ona zəng etməsi ilə bağlı konkret ad da çəkmir. Ortada konkret subyekt olmadığına görə o havaya danışmış olur. Tovuz Rayon Polis Şöbəsinin yüzdən artıq işçisi var. Zirəddin hər zaman havadan, sudan danışan insan olub. Bəlkədə polis deyil, kimsə sıravi vətəndaş ona zəng edib ki, bax gör Nərmin haradadır, kim öldürüb”.

Nə düşünürsən?