Bakıda ağır yüklü "Kamaz" aşdı

  • 22.01.2020
  • 0

Bakı kənar dairəvi yolda (Sədərək T/M yaxınlığ) yük maşını aşıb. YPX.AZ xəbər verir ki, Bakı kənar dairəvi yolu, üzü Lökbatan dairəsindən Sədərək T/M istiqamətində hərəkətdə olan “Kamaz” markalı yük maşını aşıb. Oxucumuzdan əldə etdiyimiz məlumatlara görə qəzanın səbəbləri bilinməsə də, ətrafa yük maşınının daşıdığı yükün olduğu ehtimal edilən iri dəmir parçaları və dəmir borular səpələnib. Hadisə zamanı yolun həmin istiqamətində tıxac yaranıb və başqa nəqliyyat vasitələrinə zərər dəyməyib. Qeyd edək ki, xəsarət alanlar haqqında məlumat yoxdur. Oxucumuzun “Qaynar xətt”imizə göndərdiyi qəza görüntülərini sizə təqdim edirik:

Nə düşünürsən?