Uşaqlar Putini bu mahnı ilə qarşıladı: “Nə yaxşı ki, sən kiməsə lazımsan”

  • 22.01.2020
  • 0

Rusiyanın Lipetsk vilayətinin Usman şəhərinə səfər edən Prezident Vladimir Putin maraqlı sürprizlə qarşılaşıb. 

Onu uşaq xoru "Nə yaxşı ki, sən kiməsə lazımsan" mahnısı ilə qarşılayıb. Video “Telegram”da yayınlanıb.

Uşaqların niyə məhz bu mahnını seçməsi mətbuata maraqlı görünsə də, açıqlama verilməyib. 

Xatırladaq ki, Putin Lipetskə 22 yanvarda işgüzar səfər edib. Planlaşdırılan tədbirlər arasında yerli təşkilat nümayəndələri ilə görüş də var. Məqsəd vətəndaşların dəstəklənməsinə yönəlik tədbirlə bağlı görülən işlərlə tanış olmaqdır.

Nə düşünürsən?