Varlı həyat kəndindəki "kasıb" məktəb: Bir neçə parta, bir lövhə, uçuq divarlar

  • 22.01.2020
  • 0

Şəmkirin  Varlı həyat kəndində yerləşən  Kəlbəcər rayonunun 96 saylı məktəbi istifadəyə yararsız vəziyyətdədir. 

Cebhe.info xəbər verir ki, sosial şəbəkədə məktəbdən olan videogörüntü paylaşılıb. Videodan da göründüyü kimi, otaqlar bərbad vəziyyətdədir. Məktəb cəmi bir neçə partadan və köhnə yazı lövhəsindən ibarətdir. Təhsil üçün lazımlı olan avadanlıqların heç biri mövcud deyil.  

Qəzalı vəziyyətdə olan məktəb binasının divarlar çat verib, dam örtüyü isə istismar müddətini başa vurub. Ona görə bina hər an uçmaq təhlükəsi qarşısındadır. “Məktəb”də müasir istilik sistemindən söhbət belə gedə bilməz.  

Siniflərin pəncərələri uçub-töküldüyünə görə qış aylarında şagirdlər soyuqdan əziyyət çəkir. Sinif otaqlarını qızdırmaq üçün qeyri-standart elektrik sobalarından istifadə olunur ki, bu da şagirdlərin həyatı üçün təhlükə törədir.

Nə düşünürsən?