Milli parkda fil yük maşınının kapotunu qırdı

  • 22.01.2020
  • 0

Hindistanın cənubundakı Naycerhou milli parkında qəzəbli fil yük maşınının arxasınca düşüb.

Trend-in məlumatına görə, fil maşına zərbələr endirib və maşının kapotunu qırıb.

Sürücü maşını geri sürərək uzaqlaşmağa çalışıb. Nəhayət, yük maşını yolun kənarına çıxdıqdan sonra fil hadisə yerindən uzaqlaşıb.

Hadisə zamanı yük maşınında iki nəfər olub, onların xəsarət almadıqları deyilir.

Nə düşünürsən?