Bakı məşhur jurnalın səhifələrində

  • 22.01.2020
  • 0

Dünyanın ən məşhur qadın jurnallarından biri olan “Harper`s Bazaar”ın Hindistan versiyasının komandası Azərbaycanın paytaxtında foto və video çəkiliş aparıb.


“Qafqazinfo”nun məlumatına görə, layihənin çəkilişləri Heydər Əliyev Mərkəzində baş tutub, haranı ki, “Harper`s Bazaar” Bakının ən məşhur diqqətəlayiq yeri adlandırıb. Jurnalın yanvar-fevral buraxılışında yer alan fotoların müəllifi fotoqraf Kak Sukumardır.


Çəkilişdə model qismində Anuqraha Nataradcan iştirak edib. “Fashion” fotosessiya zamanı videoçarx da çəkilib.

Nə düşünürsən?