Ard-arda qayda pozan yük avtomobilinin görüntüləri

  • 21.01.2020
  • 0

Ötən günlərdə Azadlıq prospekti ilə hərəkətdə olan ağır tonlu yük maşını yüksək sürətlə nəqliyyat vasitəsini idarə edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıb. Hadisəni arxada hərəkətdə olan avtomobilin sürücüsü video qeydə alaraq “Qaynar xətt”imizə göndərib. Görüntülərdə də göründüyü kimi minik avtomobil 80 km/saat sürətlə hərəkətdə olmasına baxmayaraq qarşıda hərəkətdə olan yük avtomobili daha sürətlə hərəkət edir. Əlavə olaraq qeyd edək ki, yük avtomobili daha bir qayda pozaraq dövlət qeydiyyat nişanı olmadan avtomobili idarə edir. Nəzərə alsaq ki, həmin ərazidə sürət həddi 60 km/saat olmasına baxmayaraq yük avtomobilinin sürücüsü yol hərkəti qaydalarını kobud şəkildə pozaraq təhlükə yaradıb. Videonu sizlərə təqdim edirik:

Nə düşünürsən?