Rusiyada yaşayış binasında yanğın, 11 nəfər öldü

  • 21.01.2020
  • 0

Rusiyanın Tomsk vilayətində yaşayış binasında baş verən güclü yanğın nəticəsində on nəfər ölüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Tomsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Qəza Asinovsk rayonunun Priçulımski kəndində baş verib. Yanğın birmərtəbəli taxta binada qeydə alınıb.

İki nəfər binadan sağ çıxa bilib. Yanğın 208 kvadratmetr sahəni əhatə edib.

Nə düşünürsən?