16 yaşlı vunderkinddən 2 qol, 2 məhsuldar ötürmə

  • 19.01.2020
  • 0

"Lion"un 16 yaşlı hücumçusu Rayan Matis Çerki Fransa kubokunun 1/16 final mərhələsinin "Nant"la qarşılaşmasında əsl qəhrəmanlıq göstərib.

İstedadlı fransız forvard komandasının 4:3 hesabı ilə qələbə qazandığı qarşılaşmanın əsas siması olub: 2 qol və 2 məhsuldar öütrmə ilə komandasının 1/8 finala çıxmasında əvəzsiz rol oynayıb.

17 yaşı yayda tamam olacaq Çerki cari mövsüm "şirlər"in heyətində meydana çıxdığı 8-ci görüşdə vurduğu qolların sayını 4-ə çatdırıb. Ümumilikdə meydanda 272 dəqiqə olan gənc ulduz Çempionlar Liqasının qrup mərhələsinin "Zenit"lə matçında debüt edib, 15 dəqiqə oynamaq imkanı qazanıb.

Nə düşünürsən?