Fədayə Laçının bacısından şok etiraf

  • 19.01.2020
  • 106 baxış
  • 0

Atamı anamın əlindən alıblar. Ailə qurduqdan 4 il sonra bu baş verib. Mən onda 2 yaş yarımlıq idim. Onda Fədayə də hələ anamın bətnində idi.

REKLAM

Daha ətraflı

Milli.Az xəbər verir ki, müğənni Fədayənin bacısı İlahə Fədanın "Zaurla Günaydın"da verdiyi bu açıqlama hər kəsi məəttəl qoyub.

Zaur Baxşəliyevin "Bəs onda o biri bacıların necə olub?" sualına İlahənin verdiyi cavab daha da təəccübləndirib:

"Bu hadisənin üstündən 7-8 il keçəndən sonra mənim anamı başqa bir kişiyə ərə veriblər. O vaxtı sən də qarabağlısan bilirsən, bizdə belə şeylər var idi ki, "dul gəlindir. Adına söz çıxmasın. Namus əldən gedər birdən". Ona görə də anamı başqa bir kişiyə ərə verdilər. Ondan da o biri iki bacım doğulub. O biri iki bacım anamın ikinci ailəsindən dünyaya gəlib".

Nə düşünürsən?