Uzun müddətdir xəstəlikdən əziyyət çəkən meyxanaçı Kərimin fotosu yayılıb.
Müğənni Vasif Əzimov meyxanaçı dostları ilə birlikdə tanınmış meyxana ustadını evində ziyarət edib. O, görüşdən fotonu instaqramda paylaşıb.
REKLAM
Daha ətraflı
Xatırladaq ki, meyxanaçı Ağamirzə bu yaxınlarda qonaq olduğu verilişdə həmkarına maddi və mənəvi yardım etdiyini söyləmiş, lakin artıq Kərimlə görüşə bilmədiyini etiraf etmişdi. Səbəb kimi Kərimin onu tanımadığını və bu halına dözə bilmədiyini göstərmişdi.
Ağamirzənin sözlərinə görə, Kərim artıq nitq qabiliyyətini itirib.(publika)