30 ilin qan yaddaşı

  • 17.01.2020
  • 0

1994-cü ildə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi

1990-cı il yanvar ayının 20-si xalqımızın tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, əksinə xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu .


Təəssüf ki, 20 Yanvar hadisəsinə siyasi qiymət çox gec verildi. 1990-cı ildən sonrakı 3 il müddətində bir neçə siyasi komanda hakimiyyətə gəlsə də, cəsarət edib bu məsələyə siyasi qiymət vermədilər.


Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu hadisəyə siyasi qiymət verildi.


Cinayətkarın adı, ünvanı dəqiqləşdirildi.


Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Bununla yanaşı, Ümummilli lider Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı.


Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin.


1994-cü il yanvar ayının 5-də Ulu öndər Heydər Əliyevin müvafiq fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim edilən və nəhayət həmin ilin mart ayında tərəfindən təsdiqlənən 20 Yanvar faciəsinə siyasi qiymət verən bu sənəd bir daha Azərbaycan xalqının öz haqqını tələb edə bilməsini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacarmasını sübut etdi.


Nə düşünürsən?