Elnar Xəlilovdan pul təklifi

  • 17.01.2020
  • 0

 ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi ifaçı Elnar Xəlilov olub.

Sfera.az xəbər verir ki, sənətçi onunla duet oxumaq istəyən həmkarlarına pul təklif etdiyini etiraf edib:

"Bir çox müğənnilər olub ki, mənə deyib gəl, duet oxuyaq, pul təklif etmişəm. Mahnı ilə birgə 5 min manat. Açıq təklif etmişəm. Bəstə mənə aid və səninlə birgə ifa edərəm. Bizdə fikirləşirlər ki, mən ulduz olmaq istəyirəm, amma pul yatırmayım. Tutaq ki ,mən Selin Dionla oxumaq istəyirəm. Zəng etsəm onun prodüsseri mənə nə deyəcək? Müəyyən məbləğdə qonarar ödənməlidir. Həmçinin də mən. Mən səni niyə pulsuz reklam edim? Mənim nə maddi marağım var? Sən yenisən. Mən səndən öndəyəm. Əgər mən səndən təmənna ummasam, o zaman mən də gəlib sənin durumuna düşüm. Sıfırdan başlamış olum. Əlim uğurludur. Damla, İradə Mehri, Səbinə Selcan bunlar mənim ifalarımla tanınıblar".

Müğənni bəzi xalq artistlərinin özlərini gənc ifaçılara dəstək olurmuş kimi göstərdiklərini iddia edib, iradını bildirdi:

"Həmin xalq artistlərinə deyin, mənə də mahnı hədiyyə etsin. Cibindən mahnı bəstələyir? Bir mahnın maya dəyəri 2 min 5 yüz manatdır. Yalan danışırlar. Verilişlərdə ayaqlarını bir-birinin üzərinə aşırıb otururlar, amma bayırdakı maşını kreditdədir. Tamaşaçı bunları bilmir. Elə bilirlər ki, onlar imkanlıdır". (milli.az)

Nə düşünürsən?