Həbs olunan icra başçısına daha bir zərbə

17.01.2020 | 709 | 0

Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin oğlu işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

 

O, bildirib ki, Ramal Quliyevin müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə o tutduğu vəzifədən azad olunub.

 

Qeyd edək ki, Ramal Quliyev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq vəzifəsində çalışırdı.

 

Xatırladaq ki, Nizaməddin Quliyev bir müddət əvvəl Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən Ağstafa Rayon İcra Hakimiyyətində iş otağında həbs olunub. Daha sonra dövlət başçısının sərəncamı ilə icra başçısı vəzifəsindən azad olunub.


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?

<