Trampın impiçmenti prosesi başladı

  • 17.01.2020
  • 0

ABŞ Prezidenti Donald Trampın impiçmenti prosesi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb. Qeyd edilir ki, ABŞ Ali Məhkəməsinin sədri Con Roberts və senatorlar impiçment prosesinin başlanğıcı kimi and içiblər.  

Daha sonra Amerika Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komissiya rəhbəri Adam Şiff Ağ Ev rəhbərinə qarşı əsas ittihamı oxuyub.

İmpiçment prosesində senatorlar andlılar, konqresmenlər ittihamçı, C.Roberts isə hakim qismində çıxış edəcəklər. Yekun qərarı isə senatorlar verəcəklər.

Qeyd edək ki, Nümayəndələr Palatası Trampa qarşı ötən ilin dekabrında iki maddə üzrə ittiham irəli sürüb: vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və Konqresin işinə mane olmaq.

Tramp ölkə tarixində impiçment elan edilən üçüncü prezidentdir.

Nə düşünürsən?