"Biz cəmiyyət olaraq xəstəyik"- tanınmış aparıcı qətlə yetirilən Nərmindən danışdı

  • 17.01.2020
  • 0

Tanınmış aparıcı Turan Ibrahimov da Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın meyitinin yandırılması məsələsinə biganə qalmayıb.

BiG.AZ xəbər verir ki, aparıcı həftələrdir müzakirə olunan balaca qızın qətli haqqında sosial media hesabında video paylaşaraq fikir bildirib.

Həmin postda deyilir:

"Düz 40-45 gündür ki, televiziya və bütün sosial şəbəkələrdə, özünü reklam etmək istəyən, gündəmdə olmağa can atanlar, başı çıxdı, çıxmadı Nərminin facisəsindən şou düzəldib paylaşdı. Hətta mənə də sosial medialardan mesaj olaraq ya da paylaşdığım postların altına şərh olaraq yazırdılar ki, bəs siz niyə bu barədə heç nə paylaşmırsınız. Əvvəlcə onu deyim ki, qəribə, psixoloji bir vəziyyət yaranmışdı. Gördüyüm və çıxardığım nəticə bu oldu ki, biz hələ cəmiyyət olaraq formalaşmamışıq. Müəyyən sloqanlar var ki, onları belə başqalarından kopyalayıb götürən insanlarıq. Bu cəmiyyətin düzəlməsi üçün xeyli vaxt lazımdır. Xəstəyik. Xəstəliyimizin daha bir sübutu: uşaq ölüb, bütün ölkə bundan danışır, qatil tapılıb, amma onu da qeyd edim ki, tapılan o şəxsin həqiqətən qatil olduğuna inanmıram və bütün bunlar baş verərkən, qətlə yetrilən uşağın anası çıxıb Bakıda yaşamaq üçün ev istəyir. Bax, buna nə ad qoyasan?! Bu bizim cəmiyyətimizin yerin dibində yox haa..ən, ən, ən dibində olduğunun göstəricisidir. Allah bizə kömək olsun. Allah bizə şəfa versin".

Nə düşünürsən?