Demet Akalın rəfiqəsinə səsləndi

  • 17.01.2020
  • 0

Dünya şöhrətli makiyaj ustası Anar Ağakişiyev Türkiyənin qalmaqallı müğənnisi Demet Akalınla görüşərək, onu yenidən bəzəyib.  

Sfera.az Oxu.Az-a istinadla xəbər verir ki, Anarın əl qabiliyyətinə aşiq olan Demet Ağakişiyevi evində qonaq edərək, onun peşəkarlığını yenidən öz üzərində sınaqdan keçirib.  


Müğənninin rəfiqəsi Esra Balamir tərəfindən lentə alınan videoda Anar öncə Demeti makiyaj edib, daha sonra isə başına "cirt-cirt” adlanan şinyon saçlar taxıb. Taxma saçlardan istifadə edən Demetin bu hiyləsi izləyicilərin nəzərindən qaçmayıb.  


 

Esra izləyicilərinə səslənərək "Anar xoş gəldin. Çox uğurlusan. Makiyajı çox gözəl bacarırsan. Evlənənlər eşitsinlər ki, toyda gözəl gəlin olmaq üçün Anara müraciət edin”, - deyib və Ağakişiyevə dəstək çıxıb.  


Bu dəstəyə isə ikiəlli razılıq verən Demet rəfiqəsi Esra Balamirə "Sən özünə ər tap. Mən Anarı özəl təyyarə ilə gətirərəm ki, səni makiyaj etsin. Yetər ki, evlən!”, - deyərək ürək-dirək verib.  


Baş verənləri isə həm Anar Ağakişiyev, həm Demet Akalın, həmdə Esra Balamir şəxsi "İnstagram” hesabının "Hekayə” bölümündə izləyiciləri ilə paylaşıblar.  

Nə düşünürsən?