Şimal bölgəsinə yağan qar nəqliyyatın hərəkətinə çətinlik yaradıb

  • 16.01.2020
  • 0

Şəkidə güclü qar yağıb.

Xezerxeber.az-ın məlumatına görə, qarın yağması sakinləri sevindirsə də sürücülərə çətinlik yaradıb.

Ddünən axşam saatlarından başlyaraq yağan qarın hündürlüyü bəzi kəndlərdə 30 sm olub. Xüsusilə dağətəyi kəndlərdə, Baş Göynük, Şin, Baş Lasqı, Oraban, Baş Kəldək kəndlərində daha çox qar yağıb. Yağıntı ilə əlaqədar yollarda hərəkət çətinləşib.

Bəzi avtomobillər yolarda qalıb.

Səhər saatlarından başlayaraq hərəkətin normallaşdırılması üçün Şəki rayonunda aidiyyatı qrumlar tərəfindən yolların təmizlənməsi, qum-duz qarışığının səpilməsi üçün ağır texnikalar və canlı qüvvə cəlb edilib. Gecə saatlarında yolların buz bağlaması ehtimalına görə sürücülərin ehtiyatlı olmaları tövsiyə olunur.

Ümumiyyətlə, ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 13 sm, Xaltan kəndində 5 sm, rayon mərkəzində 3 sm, Qusarda 4 sm, Xızının Altıağac qəsəbəsində 5 sm-ə çatıb. Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burda temperatur mənfi 12 dərəcəyədək enib.

Nə düşünürsən?