Medvedev istefa xəbərini belə verib

16.01.2020 | 40 | 0

Xəbər verdiyimiz kimi, ötən gün Dmitri Medvedevin rəhbərlik etdiyi hökumət tam tərkibdə istefaya gedib.

“Qafqazinfo”nun məlumatına görə, Medvedev komandası ilə istefaya getdiyini belə açıqlayıb:

“Bu dəyişikliklər qəbul olunduqda yalnız Konstitusiyanın bir sıra maddələrinə deyil, bütövlükdə güc balansında da əhəmiyyətli dəyişikliklər olacaq. Ölkəmizin Prezidentinin lazımi qərarlar qəbul etməsinə imkan yaratmalıyıq. Bu şərtlərdə mən inanıram ki, Rusiya Federasiyasının Konstitusiyanın 117-ci maddəsinə uyğun olaraq hazırkı hökumətin istefası düzgün addımdır.

Bu tərkibdə hökumətin işində iştirak edən hər kəsə təşəkkür edirəm. Bundan sonrakı qərarı dövlət başçısı verəcək”.

“Moskovskiy komsomoleç” saytı həmin anın görüntülərini yayıb.


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?