Prezidentdən nazirə taksilərlə bağlı tapşırıq

16.01.2020 | 42 | 0

Yanvarın 15-də Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda dövlət başçısı nazirdən Azərbaycanın digər şəhərlərində taksi xidmətinin hansı səviyyədə olduğunu soruşub.

Nazir isə cavab olaraq qeyd edib ki, regionlarda standartlara tam cavab verməyən nəqliyyat vasitələri var və bu istiqamətdə də işlər aparılır.

Dövlət başçısı Ramin Quluzadəyə bu işlərin ciddi təhlil edilməsini tapşırıb:

"Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə nə qədər taksi fəaliyyət göstərir? Taksi avtomaşınlarının keyfiyyəti nə səviyyədədir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır? Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun. Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə".

Nə düşünürsən?