Müsəlman ölkələri müsibətlə qarşı-qarşıya: 108 ölü var

  • 16.01.2020
  • 0

Pakistanda kəskin qar yağışlarından zərərçəkənlərin sayı gün keçdikcə artmaqda davam edir.

Qarın səbəb olduğu uçqun və torpaq sürüşməsi nəticəsində 108 nəfər həlak olub.

Pakistan Milli Fövqəladə Hallar Agentliyi (NDMA) 176 nəfərin yaralandığını bildirir.

Kəşmir Fövqəladə Halların İdarə Edilməsi Əməliyyatları müdiri Səid Rəhman Qureyşi isə uçqun altında qalanların olma ehtimalını dilə gətirib.

Eyni vəziyyət Əfqanıstanda da davam edir. Buradakı təbii fəlakət nəticəsində 30 nəfər ölüb, 100-ə yaxın yaralı var. Təxminən 100 ev dağılıb. İtkin sakinlər var./publika.az

Nə düşünürsən?