31 yaşlı Abşeron sakini azyaşlı övladına görə bıçaqlandı

  • 26.12.2017
  • 0

Abşeron rayonu ərazisində bıçaqlanma olub. APA TV-nin verdiyi xəbərə görə, hadisə Məhəmmədi qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əsədov Nahid Azad oğlu kürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir. N.Əsədov mübahisə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Məlumata görə, o, azyaşlı övladını məktəbdən evə gətirən zaman tanımadığı bir sürücü idarə etdiyi "VAZ 2107" markalı avtomobili uşağın üstünə sürərək onu qorxudub. Bundan qəzəblənən Nahid həmin adamla mübahisə edib və nəticədə bıçaqlanıb. Hadisənin təfərrüatlarını Abşeron polisi araşdırır.

Nə düşünürsən?