Ebru Gündeş 7 milyard manatlıq villasından köçdü

  • 16.01.2020
  • 0

Məşhur müğənni Ebru Gündeş Kanlıcadakı malikanəsindən köçmək qərarına gəlib.

Türkiyə mətbuatı xəbər verir ki, 180 dərəcə Boğaziçi mənzərəli malikanədə 9 yaşlı qızı Alara ilə birlikdə yaşayan Gündeşin bu qərarı hər kəsi təəccübləndirib.

İllər əvvəl həyat yoldaşı Rza Zərrabın 25 milyon lirəyə (7 milyard 220 milyon 890 min manat) aldığı malikanəni boşaltmağa hazırlaşan Ebru Gündeş istiqaməti Kemerburgaza çevirib. Müğənninin yeni villasının dəyəri təxminən 13 milyon lirədir ( 3 milyard 755 milyon 92 min manat)./publika.az

Nə düşünürsən?