Bu evdə hər şey tərsinədir - Hamı ora axışır

  • 16.01.2020
  • 0

Türkiyəli gənc Metehan Malatya şəhərində maraqlı ev layihəsi reallaşdırıb.

İçəri girənlərin "bu işdə bir tərslik var” dediyi konsepsiya xüsusilə gənclərin diqqətini çəkib.

Müəyyən ödəniş qarşılığında içəri daxil olan ziyarətçilərin başını döndürən layihə sosial şəbəkələrdə əks-səda doğurub. "Tərs ev” layihəsini təqdim edən sahibkar Metehan Alp nostalji konsepsiyanın Şərqi Anadoluda ilk olduğunu deyib. Malatyaya aid xüsusi əşyaların istifadə edildiyini qeyd edən Alp evə marağın böyük olduğunu bildirib: "Xüsusilə, gənclərin və uşaqların diqqətini çəkir. Zəng edib rezervasiya edirlər”./publika.az

Nə düşünürsən?