Canlı yayımda general qardaşının ölüm xəbərini aldı

  • 15.01.2020
  • 0

Canlı yayımda general qardaşının öldüyünü öyrənən aparıcı göz yaşlarını zorla saxlayıb.

Həmin anın görüntüləri barədə kadrlar sosial şəbəkələrdə yayımlanıb.

Bildirilir ki, İordaniyanın "Dijlah” telekanalında "Qərar sizindir” verilişinin canlı yayımı zamanı aparıcıSəhər Abbas Cəmil ölən iraqlı generalın qardaşı Tarik Abbas Cəmil olduğunu öyrənib.

Jurnalist kədərli göründüyü üçün tamaşaçılardan üzr istəyib.

"Jurnalist işinin əsas prinsipi şəxsi həyatı peşə vəzifələrindən ayırmaq bacarığıdır, ancaq mənə böyük qardaşımın öldüyü barədə məlumat verildi”, - deyən aparıcı göz yaşlarınızorla saxladığını bildirib.

O, yayımın davam etdiriləcəyini və İraqda baş verən hər şeyi işıqlandıracaqlarını da vurğulayıb.

Aparıcının qardaşı İraq HHQ-ninpilotu olub. O, Bağdad yaxınlığında "Əl-Balad” bazasına hücum zamanıhəlak olub.

Nə düşünürsən?