Dəhşətli hadisənin görüntüləri yayıldı: 8 ölü,16 yaralı

  • 15.01.2020
  • 0

Çinin Sinin şəhərində sərnişin avtobusunun çüxura düşməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb. 16 yaralı var. Bir neçə nəfərin itkin düşdüyü deyilir.

BBC xəbər verir ki, hadisə dayanacağın qarşısında baş verib. Yolun qəfil çökməsi nəticəsində avtobus və dayanacaqda gözləyən sərnişinlər çüxura düşüb. Müşahidə kameralarının lentə aldığı görüntülərdən də aydın olur ki, torpaq çökəndən sonra ərazidə partlayış baş verib.

Hadisənin səbəbləri araşdırılır.

Nə düşünürsən?