“Real”la oynayacaqlarını bilib, sevincdən dəli oldular

15.01.2020 | 979 | 0

"Real” İspaniya kubokunun 1/16 final mərhələsində 3-cü divizion klubu "Yunionistas”la qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, püşkatma mərasimini birgə izləyən "Yunionistas” futbolçuları "Real”la qarşılaşacaqlarını bildikdən sonra sevincdən ağılarını itiriblər.
Futbolçular bir-birlərini çılğıncasına təbrik ediblər.
Qeyd edək ki, "Yunionistas” 2013-cü ildə fanatlar tərəfindən qurulub. Əvvəlki klub 90 illik tarixdən sonra borca görə dağılıb. 
Azarkeşlər tərəfindən idarə olun "Yunionistas”a bəzi futbol adamları da maliyyə yardımı edirlər. Onların arasında İspaniya yığmasının sabiq baş məşqçisi Vinsente del Boske də yer alır.

Nə düşünürsən?