Azərbaycanda dəhşət: İki nəfərin meyiti maşında tapıldı

  • 15.01.2020
  • 0

İmişli rayonunda avtomobilin su kanalına düşməsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Cəfərli kəndi ərazisində qeydə alınıb. Rayonun Yalavac kənd sakini, 1988-ci il təvəllüdlü Mirzəyev Zaur Maarif oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetməni itirərək beton dirəyə dəyib və su kanalına düşüb. Avtomobildə olan sərnişinlərdən ikisi xilas olsa da, sürücü və digər sərnişin - Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Nicat Seyidəli oğlu Məmmədov hadisə yerində boğularaq ölüblər. İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq xilasetmə qüvvələri yarıbatmış vəziyyətdə olan avtomobildə sıxılı vəziyyətdə qalan meyitləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?