Nadir Qafarzadə kimləri bloka atıb?

14.01.2020 | 1 204 | 0

Utanıb yerə girdim, geridə qalmışam.

 

Sfera.az xəbər verir ki, ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Nadir Qafarzadə olub

 

Sənətçi İnstagram hesabında "blok"a atdığı sənətçilərin adlarını açıqlayıb:

 

"İnstagram-da "like"dan başqa heç nə bilmirəm, hətta bu yaxınlarda bir neçə müğənnini "blok"a atmışammış. Bəlkə də bu, geridə qalmaqdır. İnstagram-dan başım çıxmır. Vasif Əzimov, Türkan Vəlizadəni bloka atmışam. Hətta Damlanı da "qara siyahı"ya atmışam. Bilməyərəkdən etmişəm. Bu yaxınlarda Röya xanımla duet oxumuşduq, video paylaşdım. Mənə yazdılar ki, Nadir bəy, Röya sizi izləyir, bəs siz onu niyə izləmirsiniz? Utanıb yerə girdim. Tez mən də onu izləyəməyə başladım. Düşünürəm ki, bu İnstagram bizim bir çox ayıblarımızı açıb-tökdü. Elə şeylər var ki, gizli qalmalı idi. Biz onları cəmiyyətə göstərdik". (milli.az)


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?