Türkiyədən Azərbaycana gələn avtobus qəzaya uğradı - 30 yaralı

  • 25.12.2017
  • 0

Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu qəzaya uğrayıb. “Report” "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə dekabrın 25-də səhər saatlarında Qars şəhərində, Karakurt-Kağızman avtomobil yolunda baş verib. Qəza nəticəsində 30 nəfər yaralanıb. Sərnişinlərin əksəriyyətinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının sakinləri olduğu bildirilib. Avtobus İğdırdakı turizm şirkətlərindən birinə məxsus olub. Hadisənin baş verməsinə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Nə düşünürsən?