Bu 10 qida sizi bütün xəstəliklərdən qoruyacaq

14.01.2020 | 37 | 0

Elmi cəhətdən sübut olunub ki, gündəlik rasionumuzda istifadə etdiyimiz ərzaqlar  sağlamlığımıza, yaddaşımıza, əhval-ruhiyyəmizə və ömrümüzün uzunluğuna təsir edir.  Belə bir qədim Şərq deyimi var: “Nə yeyiriksə, oyuq”. Ona görə də nə yediyimizə daha ciddi və  diqqətlə yanaşmalıyıq. Bugünkü videoda sizə insan orqanizmi üçün ən faydalı 10 qidadan danışacağam. 

10. Yaşıl çay. Yaşıl çay, ilk növbədə, antioksidantlarla zəngin olmasıyla şöhrət tapıb. Həmçinin, vitamin C mənbəyidir.  Bunlar insan orqanizminin qocalmasını ləngidir. Dərinizin  daha gənc və təravətli qalmasını istəyirsinizsə, hər gün yaşıl çaydan istifadə edin.  Qandakı şəkərin miqdarını azaldan, həzm prosesini sürətləndirən və nizamlayan yaşıl çay gününü televizor, kompyuter qarşısında keçirənlər üçün də faydalıdır. Mütəxəssislər  əmindir ki, onun tərkibində  şüalanmanın təsirlərini azaldan maddələr var. Siqaret çəkənlərə isə yaşıl çaydan istifadə xüsusi olaraq tövsiyə edilir. Çünki, bu çay bronxları və ağciyərləri təmizləmək qabiliyyətinə malikdir. 

9. Qoz. Qoz təbiət tərəfindən bizə bəxş edilən faydalı nemətlərdəndir. Bitki mənşəli zülallar, C vitamini, yod və B qrupu vitaminlərilə zəngindir.  Mütəmadi olaraq qoz yedikdə  ürək-damar xəstəliklərinə tutulma riski aşağı düşür, qalxanabənzər vəzin fəaliyyəti  stabilləşir, beyin yorğunluğu kimi problemlər aradan qalxır. Sinir sistemi xəstəlikərinə və depressiv əhval-ruhiyyənin aradan qalxmasına kömək edən qoz yuxusuzluqdan əziyyət çəkənlərin də dadına çatır. Belə ki, mütəxəssislər rahat yuxu rejimi üçün qozdan istifadəni mütləq sayır. 

8. Bal. Vitamin deposu olan balın orqanizmə faydalarını saymaqla bitməz. İmmun sistemini gücləndirir, sinir sisteminə, həzm sisteminə, maddələr mübadiləsinə, qadın hormonlarının nizamlanmasına müsbət təsir göstərir.  Yuxu problemini aradan qaldırır, səhərlər gümrah və enerjili olmağa kömək edir. Əgər allergiyanız yoxdursa, hər gün bir xörək qaşığı balı rasionunuza daxil edin.  Bal nəfəsalmanı asanlaşdırır,  bir sözlə, tənəffüs sisteminin “ən yaxın dostu”dur. Unutmayın, bal yemək ömrü uzadır. 

7. Yumurta. Siyahıya yumurtanı daxil etməyim  təsadüfi deyil. O, insan orqanizmi üçün vacib olan zülalların əsas mənbəyidir.  Xüsusən,  orqanizmi hələ inkişaf prosesində olan uşaq və yeniyetmələr üçün yumurta əvəzolunmazdır. İndiyədək belə bir fərziyyə vardı ki, yumurta qan damarlarında xolesterolun yaranmasına səbəb olur. Alimlərin son araşdırmaları bu mifi yerlə bir edib. Sübut olunub ki, yumurtadakı xolesterol orqanizmdə qalmır, amma,  tərkibindəki digər maddələr infarkt riskini aşağı salır, tromblaşmanın qarşısını alır. Qeyd edim ki, daimi yumurtadan istifadə qadın orqanizminə süd vəzi xərçəngilə mübarizədə kömək edir. Bir də, unutmayın, daimi yumurta yemək, bir oturuma altısını yemək anlamına gəlmir. Gün ərzində, orqanizmdən asılı olaraq, 1, uzağı 2 yumurta yeyə bilərsiniz. 

6. Paxlalılar. Asan həzm olunan bitki mənşəli zülallarla zəngin olan paxlalılara noxud, lobya, paxla və s. daxildir. Tərkibində dəmir, fosfor, kalium, manqan, yod və C vitamini olan noxudun əsas özəlliyi B qrupu vitaminlərilə zəngin olmasıdır. Bildiyimiz kimi, B qrupu vitaminləri sinir sisteminə çox faydalıdır. Noxudun tərkibindəki  lizin maddəsi ürək-damar xəstəliklərinin sağalmasına kömək edir. Qalxanabənzər vəzinizdə problem varsa, hökmən, rasionunuza paxlalıları daxil etməlisiniz. Dietoloqlar artıq çəkidən əziyyət çəkənlərə paxlalılardan istifadə etməyi məsləhət görür. Bu da səbəbsiz deyil. Paxlalıların həzmi zamanı orqanizm  yüksək miqdarda enerji itirir, beləcə, artıq yağlar daha çox yandırılır. Qədimdə Hippokrat bir çox xəstəliklərin müalicəsində yaşıl noxuddan istifadə edib. 

5. Balıq. Balığın tərkibindəki zülallar asan həzm olunur və insan orqanizmi üçün çox faydalıdır. Balıqların içində ən dəyərlisi isə dəniz balıqlarıdır. Balıq əti yağ turşuları ilə zəngindir. Misal olaraq Omega 3 və Omega 6`nı göstərmək olar. Yağ turşularına dəmiri də əlavə etsək, bu maddələrin insan orqanizmi üçün əvəzedilməzliyini anlayarıq. Belə ki, bu maddələr insan orqanizminin ən əsas həyati proseslərinə cavabdehdilər.  Balığın tərkibindəki yağ turşuları orqanizmdəki xolesterolun miqdarını azaldır, trombların kiçilməsinə səbəb olur, ürək-damar xəstəliklərinin həllinə 50% kömək edir. Alimlər həftədə, ən azı, 3 dəfə balıq yeməyi məsləhət görür. 

4. Süd və süd məhsulları. Süd məhsulları dedikdə südün özüylə yanaşı, kəsmik, şor, pendir, qatıq, qaymaq, ayran və s. nəzərdə tutulur. Süd və şorun tərkibində  orqanizm tərəfindən asan mənimsənilən zülallar  və yağlar var. Kalsiumla zəngin olan süd məhsulları sinir sistemini möhkəmlədir və sümükləri bərkidir. Bu yaxınlarda ABŞ alimləri maraqlı bir şüarla çıxış etdilər. Onlar deyirdilər: “Süd təkcə uşaqlar üçün deyil. Böyüklər də içməlidir”. Süd və süd məhsullarından istifadə  həzm prosesinə kömək edir, bağırsağın mikroflorasının bərpasında xüsusi rol oynayır. Gün ərzində 250 ml süd, yaxud süd məhsullarından istifadə etmək mədə və mədəaltı vəzin sağlamlığı üçün vacibdir.


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?