Magistraturaya qəbul imtahanları birmərhələli olacaq

  • 14.01.2020
  • 0

Magistraturaya qəbul imtahanları artıq bir mərhələdə aparılacaq.



Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarı ilə təhsilin magistratura pilləsinə qəbul imtahanlarının ikinci mərhələsi ləğv edilib.



İmtahanın I mərhələsində ümumi intellekt səviyyəsinin, informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi həyata keçiriləcək. İkinci mərhələ üçün lazım olan ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi isə yalnız jurnalistika ixtisasında və qabiliyyət tələb edən bir sıra ixtisaslarda olacaq. Əvvəllər ikinci mərhələdə qiymətləndirmə 50 ballıq sistemlə həyata keçirilirdisə, indi yalnız məqbul və qeyri-məqbul olmaqla qiymətləndiriləcək.




Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib ki, ixtisaslar üzrə keçid ballarının limitində dəyişiklik yoxdur. Birinci mərhələdə son yerlər üçün eyni balı toplayan tələbələrin yerləşdirilməsi isə universitet ortalamasına uyğun həyata keçiriləcək. Universitetdə orta qiymətləndirməsi yüksək olanların şansı daha çox olacaq.



Qeyd edək ki, magistratura imtahanlarında iştirak ödənişli əsaslarla həyata keçirilir.





Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?