Nadir Qafarzadə hansı həmkarlarını bloka atıb?

  • 14.01.2020
  • 0

Məşhur müğənni Nadir Qafarzadə "Show news" verilişinə həmkarları ilə bağlı maraqlı faktlar danışıb.

BiG.AZ xəbər verir ki, müğənni sadə tamaşaçıları instagram izləyicilərindən daha üstün tutduğunu bildirib.

"Bizim dövrümüzdə instagram yoxidi, biz xalqın süzgəcindən keçib gəlmişik. Mən elə düşünürəm ki, elə xalqın süzgəzindən keçib gəlmək daha yaxşıdır nəinki o saxta layklar, bilmirəm nələr nələr. Mən instagram işlətsəm də layk etməkdən başqa heç nə bilmirəm. Hərdən mənə deyirlər ki, sən flankəsi bloka salmısan. Mən bu yaxınlarda bir neçə müğənnini bloka salıbmışam.Mənə deyirlər, "niyə onu bloka salmısan, o səni izləyir ya izləmək istəyir. Amma görür ki, blokdadı." İnstagram elə bir yerdir ki, insanlar bütün hər şeyin açıb qoyur ortaya. İstəmədən bloka saldığım müğənnilər Türkan, Vasif Əzimovu bloka salmışam. Bu yaxınlarda Röyanı izləməməyim məni pis vəziyyətdə qoydu. Baxıram ki, o məni izləyir mən yox. Bunu da mənə deyəndə pis vəziyyətdə qaldım".

Nə düşünürsən?