Bakıda dəhşət: Kafe sahibinin meyiti mətbəxtdə qan içində tapıldı

  • 14.01.2020
  • 0

Bakıda baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.

Oxu24.com xəbər  verir  ki, Binəqədi rayonunda kafe sahibi  Zahid Sadıqov qətlə yetirilib.

Məlum olub ki, qətli Laçın rayon sakini Əmrah Hüseynov törədib.

Qətlin təfərrüatı məlum olub. Araşdırmalar zamanı məlum olub ki, Zahidlə Əmrah uzun illərin  dostu olub. Hadisə  baş  verən günü  onlar kafedə yeyib-içib.Daha sonra kafenin müştəriləri getdikdən  sonra tərəflər  tək qalıb. Zahid dostu Əmraha deyib ki,qabları yu. Bu zaman Əmrah ona deyib ki, mənə əmr vermə, sənə qab yuyan deyiləm. Zahid Əmraha "havayı yeyə bilirsən, qabı yuya bilmirsən?" deyərək irad bildirib. Bu zaman  dostlar arasında əlbəyaxa dava düşüb. Əmrah Zahidə bakalla bir neçə zərbə  endirib. Nəticədə  Zahidin üzü kəsilib.Daha sonra Zahid qaçaraq mətbəxə girib. Orada qapını bağlayaraq gizlənib.Sonuncu şəxs mətbəxtdə qanaxmadan ölüb.

Hadisə ilə bağlı  videonu  təqdim  edirik

Nə düşünürsən?