Putinlə Buşun gizli görüntüləri ortaya çıxdı

  • 14.01.2020
  • 0

Rusiya prezidenti Vladimir Putin ilə ABŞ-ın sabiq prezidenti Corc Buşun maraqlı görüntüləri ortaya çıxıb.


Kremlin Mətbuatla Əlaqələr Departamenti prezidentlərin 2008-ci ildə rəqs etdiyi görüntüləri paylaşıb.


Videoda 6 aprel 2008-ci ildə Soçidə Buşun şərəfinə verilən ziyafətdə prezidentlərin rus rəqqaslarla birgə "Madam Madam” mahnısının sədaları altında rəqs etdiyi əks olunub.


Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Rusiya Federasiyasının ilk dövlət başçısı Boris Yeltsin olub. Yeltsinin imzaladığı qərarla Putin 1999-2000-ci illərdə Rusiyaya baş nazir təyin olunub. 2000-ci ildə isə prezident vəzifəsini icra etməyə başlayan Putinin bu postda 20-ci ili münasibətilə bir çox arxiv görüntüləri Kreml tərəfindən ilk dəfə yayımlanıb./publika.az

Nə düşünürsən?